PSJ-dən "Trabzonspor"a keçə bilər

Fransanın PSJ klubunun futbolçusu Renatu Sançes karyerasına Türkiyədə davam etdirə bilər.

Sportline.az "Yahoo Sports"a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə "Trabzonspor" maraqlanır.

Portuqaliyalı oyunçu Paris təmsilçisinin baş məşqçisi Luis Enrikenin planlarına daxil deyil, ona görə də klub onunla yollarını ayırmaq niyyətindədir.

"Qara dənizlilər" Sançeşi bir illik icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, Renatu Sançes ötən mövsümü icarə əsasında Portuqaliya "Benfika"sında keçirib. O, iştirak etdiyi 21 oyunda 1 qolla yadda qalıb.