PSJ-dən transfer bombası

PSJ transfer bombasına hazırlaşır.

Sportline.az xəbər verir ki, "Barselona"nın gənc istedadı Lamin Yamal Fransanın nəhəng klubu PSJ-nin transfer hədəfinə düşüb.

Bildirilib ki, Paris klubu ispaniyalı vinger üçün rekord həcmdə transfer məbləği ödəməyə hazırdır.

Bu haqda "Fichajes" nəşri məlumat yayıb.

PSJ 18 yaşlı hücumçunun transferi üçün 230 milyon avro təklif etməyi planlaşdırır.