PSJ-dən transfer bombası

"Mançester Siti"nin ulduz futbolçusu Erlinq Haaland PSJ-nin əsas transfer hədəfinə çevrilib.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Paris klubu bu keçid üçün 200 milyon avro ödəməyə hazırdır.

25 yaşlı forvardın klubla sözləşməsi 2034-cü ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Haaland bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 19 matçda 22 qol, 2 asistlə yadda qalıb.