PSJ futbolçusu ilə yeni müqavilə bağlayacaq

PSJ futbolçusu Fabian Ruislə müqavilənin müddətini artırmağa hazırlaşır.

Sportline.az xəbər verir ki, bu barədə İspaniyanın "Marca" nəşri məlumat yayıb.

Paris klubu ispaniyalı yarımmüdafiəçi ilə olan mövcud müqaviləni əlavə 2 il uzatmağı nəzərdə tutur.