PSJ futbolçusuna yeni müqavilə təklif edib
"Paris Sen-Jermen" fransalı futbolçusu Bredliy Barkolaya ilə yola davam etmək niyyətindədir.
Sportline.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi 23 yaşlı oyunçuya yeni müqavilə təklif edib.
Barkolanın hazırki sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, sözü gedən futbolçu bu mövsüm meydana çıxdığı 15 matçda 3 qol, 4 məhsuldar ötürmə müəllifi olub.