PSJ futbolçusunu 40 milyon avroya satmağa hazırdır

"Paris Sen-Jermen" brazilyalı müdafiəçisi Markinyosu satmaq qərarına gəlib.

Sportline.az jurnalist Saşa Tavolierinin məlumatına istinadən xəbər verir ki, Paris klubu Markinyosu 40 milyon avro qarşılığında satmağa hazırdır.

30 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 38 matçda 2 qolla yadda qalıb.

Qeyd edək ki, Markinyosun PSJ ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.