PSJ gənc futbolçusu ilə yola davam edəcək
“Paris Sen-Jermen” 19 yaşlı futbolçusu Senni Mayulu ilə bağlı qərar verib.
Sportline.az xəbər verir ki, rəhbərlik gənc oyunçuya 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulmuş yeni müqavilə təklif edib.
Bu haqda insayder Nikolo Şıkira məlumat yayıb.
Qeyd edək ki, Mayulunun dəyəri “Transfermarkt” portalına görə, 25 milyon avrodur.