PSJ gözünü "Real Madrid"in ulduzuna dikib

"Paris Sen-Jermen" 2026-cı ilin yayında transfer bombasını həyata keçirməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, PSJ-nin 1 nömrəli hədəfi "Real"ın brazilyalı ulduzu Vinisius Juniordur.

Bu haqda "Diario Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, Vinisiusun Madrid klubunun rəhbərliyi ilə münasibəti yaxşı vəziyyətdə deyil. 

Fransa klubu bunu fürsət bilib, yayda "los blankos"a təklif göndərəcək.

25 yaşlı sol cinah vingerinin transfer qiyməti 200 milyon avrodur.

O, cari mövsüm meydana çıxdığı 19 matçda 6 qol, 5 məhsuldar ötürmə müəllifi olub.

Vininin "Real Madrid"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

Sözügedən futbolçu İspaniya klubuna 2019-cu ilin yayında "Flamenqo"dan 45 milyon avro qarşılığında transfer olunmuşdu.