PSJ gözünü "Real"ın futbolçusuna dikib

"Paris Sen-Jermen" yayda Antonio Rudigeri azad agent kimi transfer etməyi planlaşdırır.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu 32 yaşlı stopperlə yeni sözləşmə imzalamaq istəmir.

Almaniya millisinin üzvü bu keçidə müsbət yanaşır.

Qeyd edək ki, A.Rudiger cari mövsüm 12 rəsmi matçda iştirak edib.