PSJ-in Reşford sevgisi

"Paris Sen-Jermen"in Markus Reşford sevdası davam edir.

Sportline.az xəbər verir ki, Fransa klubu yayda 28 yaşlı sol cinah vingerini transfer etməyi planlaşdırır.

Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

Qeyd edək ki, Reşford cari mövsüm meydana çıxdığı 19 matçda 6 qol, 9 asistlə yadda qalıb.

Sözügedən futbolçu hazırda "Barselona"da icarə əsasında çıxış edir.

Təcrübəli hücumçu müqavilə əsasında İngiltərənin "Mançester Yunayted" klubuna məxsusdur.