PSJ ingiltərəli futbolçuya göz dikdi
“Barselona”da icarə əsasında çıxış edən ingiltərəli sol cinah vingeri Markus Reşford “Paris Sen-Jermen”in transfer hədəfindədir.
Sportline.az xəbər verir ki, bu haqda “Fichajes” nəşri məlumat yayıb.
Paris təmsilçisi 28 yaşlı futbolçu üçün 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Reşford müqavilə əsasında “Mançester Yunayted”ə məxsusudur.