PSJ “İnter”i darmadağın edərək Çempionlar Liqasının qalibi olub

Fransanın PSJ komandası UEFA Çempionlar Liqasının finalında İtaliya təmsilçisi “İnter”i darmadağın edərək Avropanın ali klub turnirinin qalibi olub.

Sportline.az xəbər verir ki, matç "Münhen Arena"da baş tutub.

Parislilərin heyətində Əşrəf Hakimi (12), Dezire Due (20, 60), Xviça Kvaratsxeliya (73), Senni Meyulyu (86) fərqləniblər – 5:0.

Beləliklə, “qırmızı-mavilər” tarixlərində ilk dəfə Çempionlar Liqasının qalibi olublar.