PSJ-nin futbolçusu azarkeşi vurdu

"PSJ"-nin yarımmüdafiəçisi Tyaqo Motta Paris aeroportu yaxınlığında qəza törədib. Sportline.az xəbər verir ki, "Barselona"ya 1-6 hesablı məğlubiyyətdən sonra Fransa paytaxtına dönən "Pari Sen Jermen" futbolçuları yerli futbolsevərlər tərəfindən "isti qarşılanmayıblar". Mottanın avtomobilinin qarşısını kəsmək istəyən fanatlardan biri isə, xəsarət alıb. Ayağı əzilən azarkeş xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, Tyaqo Motta səhhəti ilə əlaqədar komandasının acınacaqlı uğursuzluğunu kənardan izləyib.