PSJ-nin "Liverpul"dan üstünlüyü
Bu gecə UEFA Çempionlar Liqasında 1/8 finalın cavab oyunları keçiriləcək.
Sportline.az xəbər verir ki, maraqla gözlənilən qarşılaşmalardan biri İngiltərədə olacaq.
“Liverpul” “Enfild Roud”da “Pari Sen-Jermen”lə üz-üzə gələcək.
Tərəflərin ilk düelində “Liverpul” rəqibini 1:0 hesabı ilə üstələmişdi.
Mersisayd klubu bu oyuna itkilərlə çıxacaq. Konor Bredli və Co Qomez görüşün iştirak ərzəsində yer almayıb. Kodi Qakponun durumu da sual altındadır.
PSJ isə oyuna optimal heyətlə çıxacaq. Ədalət təmsilçisi macarıstanlı İstvan Kovaç olacaq matçın start fiti Bakı vaxtı ilə gecə yarısı saat 12-də səslənəcək.