PSJ-nin prezidenti transfer bombasına hazırlaşır
PSJ-nin prezidenti Nasser El-Xəlayifi Vinisius Junioru transfer etməkdə israrlıdır.
Sportline.az xəbər verir ki, bu haqda "El Nacional" nəşri məlumat yayıb.
Paris klubu brazilyalı futbolçuya illik 30 milyon avro maaş ödəməyə hazırdır.
Qeyd edək ki, Vinisiusun "Real Madrid"lə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.
Sözügedən oyunçunun transfer qiyməti 180 milyon avrodur.