PSJ-nin qazancı bəlli olub
Fransa çempionu PSJ UEFA-dan 148,4 milyon avro alacaq.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, finalda uduzan Milanın "İnter"i isə 136,6 milyon avro qazanacaq. Üçüncü yeri tutan Londonun "Arsenal"a isə 117 milyon avro veriləcək.
PSJ Avropa Superkuboku oyununa görə daha 4 milyon alacaq. Rəqib Avropa Liqasının qalibi Londonun "Tottenhem"i olacaq. Xatırladaq ki, PSJ finalda "İnter"i 5:0 hesabı ilə məğlub edib.