PSJ “Nyukasl”a 52 milyon avro ödəməyə hazırdır

"Paris Sen-Jermen" "Nyukasl Yunayted"in italiyalı yarımmüdafiəçisi Sandro Tonalini heyətinə qatmaqda israrlıdır.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Paris klubu bu keçid üçün qarşı tərəfə 52 milyon avro ödəməyə hazırdır.

Lakin İngiltərə klubu hələki bu təklifə cavab verməyib.

Qeyd edək ki, S.Tonalinin "Nyukasl"la sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.