PSJ Reşford üçün hərəkətə keçib
"Barselona"da icarə əsasında çıxış edən Markus Reşford karyerasını PSJ-də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, Paris təmsilçisi ingiltərəli futbolçu üçün "Mançester Yunayted"lə danışıqlara başlayıb.
Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
Qeyd edək ki, M.Reşford cari mövsüm meydana çıxdığı 30 matçda 8 qol, 12 asistlə yadda qalıb.