PSJ və "Arsenal" transfer yarışına girib
"Bormunt" gənc forvardı Avropa nəhənglərinin radarına düşüb.
Sportline.az "Media Foot"a istinadən xəbər verir ki, "Paris Sen-Jermen" və "Arsenal" 19 yaşlı hücumçunu transfer etmək üçün yarışa girib.
Fransa U-21 millisinin üzvü cari mövsüm meydana çıxdığı 22 matçda 8 qolla yadda qalıb.
Qeyd edək ki, sözügedən oyunçunun dəyəri 22 milyon avrodur.