"Qalatasaray" Abdülkerim Bardakçı ilə bağlı qərarını verib
Ardıcıl ayrılıqların gözlənildiyi "Qalatasaray"da siyahıya Abdülkerim Bardakçı da daxil olub.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu "Al-Xulod" 29 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir.
Asiya klubu futbolçuya yüksək miqdarda maaş təklif edir.
Xəbərdə "sarı-qırmızılılar"ın 15 milyon avro və daha yuxarı təklif gələcəyi təqdirdə Abdülkerim Bardakçının gedişinə razılıq verəcəyi bildirilir.
Qeyd edək ki, ötən mövsüm "Qalatasaray"la 44 oyuna çıxan Abdülkerim 7 qolla yadda qalıb.