"Qalatasaray" - "Adana Demirspor" matçının hakimi cəzalandırıldı

Türkiyə Super Liqasının 23-cü turunda "Qalatasaray" - "Adana Demirspor" matçı qalmaqalla yadda qalmışdı.

Sportline.az xəbər verir ki, qonaqlar qapılarına təyin olunan mübahisəli penalti səbəbi ilə oyunu yarımçıq tərk etmişdilər.

Türkiyə Futbol Federasiyası həmin görüşün hakimi Oğuzhan Çakırı cəzalandırıb.

Müddət bəlli olmasa da, onun çempionatın 24-cü turuna təyinat almaması məlumdur.

TFF-nin bu tur üçün açıqlanan siyahısında Oğuzhan Çakırın adı yoxdur.