"Qalatasaray" "Antalyaspor"la matça itkilərlə çıxacaq
Türkiyə Süper Liqasında 28-ci tura bu gün start veriləcək.
Sportline.az xəbər verir ki, lider "Qalatasaray" "Rams Park"da "Antalyaspor"la qarşılaşacaq.
Cimbom bu görüşə ciddi itkilərlə çıxacaq. Qapıçı Günay Güvenç, Ahmet Kuducu cəza, İsmayil Yakops və Mauro İkardi isə zədə səbəbindən oyunu buraxmalı olacaq.
"Antalyaspor"da isə Bahadır Öztürk, Burak İngenc, Emre Uzun, Erdoğan Yeşilyurt və Güray Vural baş məşqçi Emre Belezoğlunun sərəncamında olmayacaq.
Qeyd edək ki, start fiti 21:45-də səslənəcək matçı Ozan Ergün idarə edəcək.