“Qalatasaray” “Arsenal”a elçi düşdü

"Qalatasaray" yay transfer dönəmində heyətini isveçrəli futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, Türkiyə mətbuatına istinadən xəbər verir ki, söhbət Qranit Cakadan gedir.

Türkiyə çempionunun baş məşqçisi Okan Buruk yarımmüdafiənin mərkəzini məhz bu oyunçu ilə gücləndirməyi klub rəhbərliyindən tələb edib.

Hazırda "Sanderlend"in formasını geyinən 33 yaşlı yarımmüdafiəçinin klubla müqaviləsi 2028-ci ilin 30 iyun tarixinə qədər qüvvədədir.