"Qalatasaray" - "AZ Alkmaar" görüşü təhlükə altında
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyunlar olacaq.
Sportline.az xəbər verir ki, Türkiyə təmsilçisi "Qalatasaray" doğma arenada "AZ Alkmaar"la qarşılaşmalıdır.
Amma, İstanbula yağan aramsız qar səbəbindən oyunun təxirə salınması ehtimalı var.
Klub rəhbərliyi bunun qarşısını almaq üçün xüsusi tədbirlər görməkdədir.
Ot örtüyünü qorumaq üçün oyunqabağı məqşlər başqa meydana təyin edilib, stadionun isitmə və işıqlandırma sistemi fasilə vermədən işləməkdədir.
Bununla belə matçın təxirə salınma ehtimalı hələdə qalır. Yekun qərarın oyun saatlarına yaxın veriləcəyi bildirilir.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 21:45-ə təyin olunub.
İlk görüş Niderland təmsilçisinin 4-1 hesablı qələbəsi ilə nəticələnmişdi.