"Qalatasaray" Bayramsız qaldı
Türkiyənin "Qalatasaray" klubunda ayrılıq gerçəkləşib.
Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi Ömer Bayramı "Eyüpspor"a göndərib. 31 yaşlı sol cinah müdafiəçisi 2022/2023 mövsümünü icarə əsasında TFF I Liqa klubunun heyətində keçirəcək.
Qeyd edək ki, Ömer Bayram "Qalatasaray"a 2018-ci ilin yayında "Akhisarspor"dan transfer olunub. Türkiyə millisinin sabiq üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 126 matçda 2 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.