"Qalatasaray" Bernardo Silva üçün hərəkətə keçib

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva karyerası ilə bağlı qərar verib.

Sportline.az xəbər verir ki, portuqaliyalı futbolçu yayda klubdan ayrılmaq istəyir.

"Fanatik" nəşrinin yaydığı məlumata görə, "Qalatasaray" 31 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.

Bernardo Silva yayda azad agent statusunda olacaq. İstanbul klubunun rəhbərliyi təcrübəli futbolçunun meneceri ilə gələn həftə görüşəcək.

Qeyd edək ki, sözügedən oyunçu 2017-ci ildən "Mançester Siti"də çıxış edir. O, cari mövsüm meydana çıxdığı 42 matçda 3 qol, 5 asistlə yadda qalıb.