“Qalatasaray” - “Beşiktaş”: Heyətlərdəki son vəziyyət
Türkiyə Süper Liqasında 8-ci tur İstanbul derbisi ilə əlamətdar olacaq.
Sportline.az xəbər verir ki, "Qalatasaray" "Rams Park"da "Beşiktaş"la münasibətlərini aydınlaşdıracaq.
"Cimbom"un görüşə optimal heyətlə çıxacağı gözlənilir.
"Beşiktaş"da Demir Tiknaz, Salih Uçan və Temmi Abraham görüşün iştirak ərzəsində yer almayıb.
Qeyd edək ki, start fiti 21:00-da səslənəcək matçı Yasin Kol idarə edəcək.