“Qalatasaray” - “Beşiktaş” oyunu sülhlə başa çatdı
Super Liqanın 8-ci turu çərçivəsində “Qalatasaray” öz meydanında əzəli rəqibi “Beşiktaş”ı qəbul edib.
Sportline.az xəbər verir ki, “RAMS Park” stadionunda baş tutan derbi qarşılaşması 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Oyunun 13-cü dəqiqəsində “Beşiktaş” Abrahamın vurduğu qolla hesabı açıb. “Qalatasaray” isə 35-ci dəqiqədə sayca azalıb – müdafiəçi Davinson Sançes Rafa Silvaya qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
İlk hissə “Beşiktaş”ın minimal üstünlüyü ilə başa çatıb. İkinci yarıda sayca azlıqda qalan “Qalatasaray” mübarizəni buraxmayıb və 66-cı dəqiqədə İlkay Gündoğanın qolu ilə hesabı bərabərləşdirib.
”Qalatasaray”ın Super Liqadakı 15 oyunluq qələbə seriyası “Beşiktaş” qarşısında başa çatdı.
Super Liqaya 7/7 ilə start verən “Qalatasaray” azlıqda qaldığı matçda “Beşiktaş” ilə bərabərliyə razılaşaraq ilk xal itkisini yaşadı.
"Fənərbağça” sabah Samsun səfərində qalib gələrsə, xal fərqi 4-ə enəcək.
"Qalatasaray" 1 - 1 "Beşiktaş"
T. Abraham 12'
İlkay G. 55'