"Qalatasaray" "Latsio" ilə bacarmadı

UEFA Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində "Latsio"nu qəbul edən "Qalatasaray" rəqibin müqavimətini qıra bilməyib. 

18 fevral 2016
Avropa Liqası, 1/16 final


"Qalatasaray" - "Latsio" - 1:1
QOLLAR: 
S.Sarıoğlu, 12 (1:0), Milinkoviç-Saviç, 21 (1:1)

***

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin görüşləri keçiriləcək. SportLine.az xəbər verir ki, oyun günündə 15 qarşılaşma baş tutacaq. 

Yerli futbolsevərlərin diqqəti, əsasən, İstanbulda olacaq. Çempionlar Liqasında mübarizəni dayandıran "Qalatasaray" azarkeşlərini Avroliqada sevindirməyə çalışacaq. Lakin vəzifənin öhdəsindən gəlmək heç də asan görünmür. Qrup mərhələsini məğlubiyyətsiz başa vuran “Latsio” İstanbula da iddialı gəlib. “Cim-Bom” isə Avrokuboklarda keçirdiyi son 7 ev oyunun yalnız 1-də qələbə qazana bilib. İstanbul klubu, həm uğursuz seriyanı qırmaq, həm də İtaliyaya sərfəli nəticə ilə getmək üçün bu gün qələbə qazanmalıdır. Bakı vaxtı ilə saat 00:05-də başlayacaq matçı ingiltərəli Maykl Oliver idarə edəcək.