"Qalatasaray" daha bir ulduzun izində
Bu mövsüm çempionluğu rəsmiləşdirməyə yaxın olan "Qalatasaray" gələn sezon üçün transfer çalışmalarını da davam etdirməkdədir.
Sportline.az xəbər verir ki, İstanbul nəhəngi əsasən hücum xəttini gücləndirməyi planlaşıdırır.
Siyahıda yer alan daha bir futbolçunun adı məlum olub. Söhbət Bilbao "Atletik"inin forvardı İnyaki Uilyamsdan gedir.
Türkiyə mətbuatında yayılan xəbərlərə görə baş məşqçi Okan Buruk Uilyamsı sərəncamında gösmək istəyir.
Klub rəsmilərinin artıq bununla bağlı hərəkətə keçdiyi bildirilir.
Qeyd edək ki, 30 yaşlı hücumçu bu mövsüm meydana çıxdığı 44 oyunda 10 qol və 9 asist müəllifidir.