"Qalatasaray" danimarkalı oyunçunu transfer siyahısına daxil edib
"Qalatasaray" Kerem Aktürkoğlunun komandadan ayrılacağı təqdirdə onun yerinə "Latsio"dan Qustav İsakseni transfer edəcək.
Sportline.az xəbər verir ki, bu barədə Lazio News 24 nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Türkiyə klubu yaxın günlərdə 23 yaşlı futbolçu üçün rəsmi təklif göndərəcək.
12 milyon avro dəyəri olan danimarkalı futbolçu ötən mövsüm "Midyülən"dən "Latsio"ya transfer olunmuşdu.İtaliya klubu ilə 37 rəsmi oyuna çıxan İsaksen bu görüşlərdə 3 qol və 4 asistlik performans göstərib.
Qeyd edək ki, İsaksenin paytaxt klubu ilə müqaviləsi 2028-ci ilə qədərdir.