"Qalatasaray" derbi öncəsi futbolçulara 16 milyon avro ödəyəcək
Türkiyə Super Liqasının 29-cu turunda azarkeşləri növbəti İstanbul derbisi gözləyir.
Sportline.az xəbər verir ki, "Qalatasaray" rəhbərliyi "Beşiktaş"la vacib oyun ərəfəsində komandanın 16 milyon avro məbləğində iki aylıq məvacibini ödəyəcək.
Bu haqda ntvspor.net məlumat yayıb.
Mənbənin bildirdiyinə görə klub rəhbərliyi bununla derbiöncəsi komandanı motivasiya eləmək niyyətindədir.
Bununla yanaşı qələbə qazanacaqları təqdirdə futbolçuları klub prezidenti Dursun Özbək tərəfindən əlavə mükafat da gözləyir.
Qeyd edək ki, gərgin və maraqlı mübarizə vəd edən qarşılaşma martın 29-da Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.