“Qalatasaray” Devinson Sançezlə bağlı qərar verib

“Qalatsaray”ın kolumbiyalı futbolçusu Devinson Sançez ən azı mövsümün sonuna qədər klubda qalacağı gözlənilir.

Sportline.az “Milliyət” qəzetinə istinadən xəbər verir ki, “Qalatasaray” rəhbərliyi Devinson Sançes üçün astronomik təklif gəlməyəcəyi halda futbolçunu satmayacaqlarını bildiriblər.

“Qalatasaray” kolumbiyalı futbolçu üçün 35 milyon avro tələb edir.

Qeyd edək ki, Devinson Sançes bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 10 matçda 2 qol və 1 asistlə yadda qalıb.