"Qalatasaray" - "Fənərbağça": Düşərgələrdəki son durum
Türkiyə Süperliqasında 25-ci tur İstanbul derbisi ilə əlamətdar olacaq.
Sportline.az xəbər verir ki, "Qalatasaray" "Rams Park"da "Fənərbağça" ilə münasibətləri aydınlaşdıracaq.
"Qalatasaray"da əsas itki Alvaro Morata, Mauro İkardi, İsmail Yakops və Yunus Akgünün adı ilə bağlıdır.
"Fənərbağça"da isə qapıçı Dominik Livakoviç, Çağlar Söyüncü, Dieqo Karlos, İsmail Yüksek, Ceydon Ostervolde və Rodriqo Bekao baş məşqçi Joze Mourinyonun sərəncamında olmayacaq.
Qeyd edək ki, start fiti 21:00-da səslənəcək oyunu sloveniyalı hakim Slavko Vinçiç idarə edəcək.