"Qalatasaray" - "Fənərbağça" oyununda insan ölümü

Türkiyə Super Liqasının 10-cu turu çərçivəsində keçirilən "Qalatasaray" - Fənərbağça" oyununda xoşagəlməz hadisə yaşanıb. SportLine.az "beIN SPORTS"a istinadən xəbər verir ki, oyunu izləməyə gələn "Fənərbağça" azarkeşlərindən birinin halı pisləşib. Azarkeş xəstəxanaya aparılsa da, tibbi müdaxilələrin köməyi olmayıb və vəfat edib. 

Məlumata görə, dünyasını dəyişən azarkeşin 20 yaşı var imiş.

Qeyd edək ki, bu xəbəri eşidən "Fənərbağça" azarkeşlərinin böyük hissəsi ilk hissədən sonra matçın təşkil olunduğu "Türk Telekom" stadionunu tərk edib.