"Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş"ın rəqibləri bəlli oldu
Türkiyə Kubokunda 1/8 final mərhələsinin cütlükləri müəyyənləşib. SportLine.az xəbər verir ki, yarışın favoritlərindən "Qalatasaray" doğma meydanda "Qaziantepspor"la, "Fənərbaxça" isə "Kayserispor"la qarşılaşacaq. "Beşiktaş" isə "Bucaspor"un qonağı olacaq.
Qeyd edək ki, bu mərhələdə cütün qalibi bir oyuna əsasən müəyyənləşəcək. 1/8 final mərhələsinin oyunları 30-31 yanvar və 1 fevral tarixlərində keçiriləcək.
Türkiyə kuboku, 1/8 final
"Qalatasaray" - "Qaziantepspor"
"Fənərbaxça" - "Kayserispor"
"Bucaspor" - "Beşiktaş"
"Trabzonspor" - "Akhisar"
"Konyaspor" - "Antalyaspor"
"Bursaspor" - "Amedspor"
"Başakşəhər" - "Tepecikspor"
"Sivas Bələdiyyəspor" - "Rizəspor"