"Qalatasaray" hamını qabaqladı

Bu mövsüm Türkiyəni avrokuboklarda təmsil edən 5 komanda UEFA-nın pul mükafatı olaraq ümumilikdə 50,28 milyon avro qazanıb.

Sportline.az "Sabah" qəzetinə istinadən xəbər verir ki,Türkiyə komandaları arasında ən çox gəliri "Qalatasaray", ən azını isə "Trabzonspor" qazanıb.

"Qalatasaray" bu mövsüm 17,6 milyon avro, "Fənərbağça" 14,8 milyon avro, "Beşiktaş" 9,2 milyon avro qazanaraq üçüncü yerdə dayanıb.

Bundan başqa, "Başakşehir" 7,4 milyon avro, "Trabzonspor" isə 1,1 milyon avro vəsait qazanıb.