"Qalatasaray" heyətini braziliyalı futbolçu ilə gücləndirib

Uzun müddətdir yarımmüdafiəçi axtarışında olan "Qalatasaray" istədiyi futbolçunu "Norviç Siti"dən tapdı.

Sportline.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "sarı-qırmızılılar" braziliyalı futbolçu Qabriel Sara və klubu ilə razılığa gəliblər.

4 illik anlaşma əldə edilən futbolçunun bu gün İstanbula gələcəyi gözlənilir.

Qabriel Sara "San-Paulo" klubunun yetirməsidir.2022-ci ildə 10.5 milyon avro qarşılığında "Norviç Siti"yə transfer olunun Sara İngiltərə klubu ilə ümumillikdə 96 oyuna çıxıb və aktivinə 21 qol, 17 məhsuldar ötürmə yazdırıb.

Qeyd edək ki, 25 yaşlı futbolçunun transfer dəyəri 18 milyon avrodur.