“Qalatasaray” heyətini fransalı futbolçu ilə gücləndirmək istəyir
Türkiyə Super Liqasında mövsümün ilk yarısını lider tamamlayan “Qalatasaray” qış transfer dönəmində heyətini gücləndirmək üçün çalışmalara başlayıb.
Sportline.az xəbər verir ki, sarı-qırmızılılar xüsusilə yarımmüdafiə xəttinə gənc və perspektivli futbolçu cəlb etməyi planlaşdırır.
Bu kontekstdə “Qalatasaray”ın gündəminə gələn əsas adlardan biri fransalı yarımmüdafiəçi Djaoui Sisse olub.
Bu haqda "Fanatik" nəşri məlumat yayıb.
21 yaşlı futbolçu son bir il ərzində göstərdiyi sürətli inkişafla diqqət mərkəzinə düşüb.