Qalatasaray köhnə futbolçusunu geri qaytarır

''Qalatasaray'' köhnə futbolçusunu geri qaytarmağa hazırlaşır.

Sportline.az xəbər verir ki, söhbət Saşa Boeydən gedir.

2024-cü ildə 30 milyon avro qarşılığında ''Bavariya''ya keçən müdafiəçi gözlənilən performansı göstərə bilmədi.

Futbolçununda ''Qalatasaray''a dönmək istədiyi bilirilir.

Qeyd edək ki, 24 yaşlı müdafiəçi ''Qalatasaray''ın heyətində 83 matçda 4 qol 4 məhsuldar ötürmə fərqlənib.