"Qalatasaray" məşhur türk futbolçunu heyətə qatacaq
"Qalatasaray" mövsümün sonunda karyerasını bitirməyə hazırlaşan Dris Mertensə əvəzləyici tapıb.
Sportline.az xəbər verir ki, İstanbul nəhəngi belçikalı futbolçunun yerinə İlkay Gündoğanı transfer etməyə hazırlaşır.
Komandanın baş məşqçisi Okan Buruk təcrübəli futbolçunu sərəncamında gösmək istədiyini rəhbərliyə bildirib.
İlkay Gündoğanın da tarixi Vətənində oynamağın əleyhinə olmadığı və növbəti mövsümdə "Qalatasaray" forması geyinməyə hazır olduğu söylənilir.
Qeyd edək ki, cari mövsümdə "Mançester Siti"nin heyətində 33 oyuna çıxan Gündoğan, 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.