"Qalatasaray" portuqaliyalı futbolçunun xidmətində maraqlıdır

"Milan"da icarə əsasında çıxış edən portuqaliyalı futbolçu Joao Feliks mövsümün sonunda "Qalatasaray"a transfer ola bilər.

Sportline.az "La Gazetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, İstanbul klubu Feliksin meneceri ilə danışıqlara başlayıb. 

25 yaşlı futbolçu müqavilə əsasında İngiltərənin "Çelsi" klubuna məxsusdur.

Qeyd edək ki, Feliks bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 31 matçda 8 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Onun hazır ki dəyəri "Transfermarkt" portalına görə 25 milyon avro olaraq qiymətləndirilir.