"Qalatasaray" prezidenti Luçesku ilə görüşdü

"Qalatasaray" klubunun prezidenti Dursun Özbək "Zenit"in baş məşqçisi Mirço Luçesku ilə görüşüb. Sportline.az milliyet.com.tr-ə istinadən xəbər verir ki, rumıniyalı mütəxəssisin agenti Arkadi Zaporjanu bu görüşü Luçeskunun Türkiyəyə dönüşü ilə əlaqələndirməyib: "Dostların hər görüşü danışıqlarla bağlı olmur". Xatırladaq ki, 2000-2002-ci illərdə "Qalatasaray"a Türkiyə çempioluğu və Avropa Super Kubokunu qazandıran  Luçeskunun İstanbula dönüşü gündəmdədir. "Zenit"də işləri qaydasında getməyən rumıniyalı çox güman ki, yeni mövsümə "Qalatasaray"da başlayacaq.