“Qalatasaray” qərar verdi
"Qalatasaray" mövsümün sonunda müqaviləsi başa çatan Mario Lemina ilə bağlı qərar verib.
Sportline.az xəbər verir ki, İstanbul nəhəngi qabonlu yarımmüdafiəçini komandada saxlayacaq.
"Sarı-qırmızılar" 32 yaşlı dayaq yarımmüdafiəçisinin sözləşməsinin müddətini daha 1 il uzadacaq.
Bu haqda "Sabah" qəzeti məlumat yayıb.
Qeyd edək ki, "Qalatasaray" Mario Leminanı 2025-ci ilin yayında "Vulverhempton"dan transfer edib