"Qalatasaray" "Real Madrid"in futbolçusunu istəyir

"Qalatasaray" heyəti daha bir futbolçu ilə gücləndirmək istəyir.

Sportline.az xəbər verir ki, istanbullular bu məqsədlə İspaniyaya üz tutublar.

Dris Mertensin gedişi ilə orta sahədə yaranan boşluğu doldurmağa çalışan "Cim-Bom"un hədəfi Dani Sebalyosdur.

Bu haqda "Takvim" məlumat yayıb.

Mənbə bildirir ki, "Real Madrid"də işləri qaydasında getməyən futbolçu bu təklifi müsbət dəyərləndirmək istəyindədir.

Məsələyə klublar arasındakı danışıqların yekun nəticəsi ilə aydınlıq gətiriləcək.