Türkiyə kuboku: "Qalatasaray" və "Fənər" qalib gəldi

Türkiyə kubokunda yarımfinal mərhələsi start götürüb. SportLine.az xəbər verir ki, ilk oyunlar İstanbul təmsilçilərinin uğurlu çıxışı ilə yadda qalıb.

Rize səfərinə yollanan "Qalatasaray" 3:1 hesablı qələbəyə sevinib. "Fənərbaxça" isə "Konyaspor"dan güclü olub.

20 aprel 2016
Türkiyə kuboku, 1/2 final


"Rizespor" - "Qalatasaray" - 1:3
QOLLAR:
 Emre Colak, 15 (0:1), Yasin Öztekin, 61 (0:2), Ahmet İlhan Ozek, 76 (1:2), Lukas Podolski, 90 (1:3)
Qırmızı vərəqələr: Sedrik Makiadi, 51 ("Rizespor"), Hakan Kadir  Balta, 65 ("Qalatasaray")

"Konyaspor" - "Fənərbaxça" 0:3
QOLLAR:
 Şən, 38, Nani, 45, van Persi, 90