"Qalatasaray" rumıniyalı futbolçu ilə yollarını ayırır
"Qalatasaray" yeni mövsümün planlarında yer almayan Aleksandr Çikaldau üçün gələn təklifləri dəyərləndirir.
Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, 27 yaşlı futbolçunun xidmətində Vesterlo klubu maraqlıdır. Belçika klubu yaxın günlərdə futbolçu üçün rəsmi təkli göndərəcək.
Çikaldau 2021-ci ildə 6.5 milyon avro qarşılığında "Qalatasaray"a transfer olunub.O, daha sonra icarə əsasında "İttahad Kalba" və "Konyaspor" klublarında oynayıb.
Qeyd edək ki, Çikaldaunun "sarı-qırmızılılar"la müqaviləsi 2026-cı ilə qədərdir.