"Qalatasaray" sabiq futbolçusunu qaytarır
"Qalatasaray" qış fasiləsində ilk transferini gerçəkləşdirməyə yaxındır.
Sportline.az xəbər verir ki, bu haqda yerli mətbuat yazıb. İstanbul klubu sabiq futbolçusu Henri Onyekuru ilə anlaşıb. "Monako" ilə vidalaşmağa hazırlaşan 24 yaşlı hücumçunun icarə əsasında sarı-qırmızı formanı geyinəcəyi bildirilir.
Onun yaxın günlərdə Türkiyəyə gələrək rəsmi müqaviləyə imza atacağı gözlənilir.
Nigeriyalı forvard 2018/2019 mövsümündə "Qalatasaray"da çıxış edib.