"Qalatasaray", "Sivasspor" və "Antalyaspor" mərhələ adladı
Türkiyə kubokunda 1/8 final mərhələsi başlayıb.
Sportline.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.
“Antalyaspor” “Bursaspor”a 3:0, "Sivasspor" "Adanademirspor"a 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Günün son qarşılaşmasında "Qalatasarat" "Yeni Malatyaspor"un qonağı olub. Matçın qalibi penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan “Qalatasaray” mərhələ adlayıb.
Qeyd edək ki, 1/8 final mərhələsinə yanvarın 14-də yekun vurulacaq.
12 yanvar
“Bursaspor” – “Antalyaspor” – 0:3
Qollar: Özmert, 6-pen, Bayrakdar, 33, Yahoviç, 36
“Sivasspor” – “Adana Dəmirspor” – 2:1
Qollar: Öztekin, 37, Yatabare, 116 – Akgün, 43
“Yeni Malatyaspor” – “Qalatasaray” – 1:1 (penaltilər seriyası - 6:7)
Qollar: Bulut, 102 – Luindama, 120