"Qalatasaray" "transfer bombası"na hazırlaşır

"Qalatasaray" mövsümün sonunda komandadan ayrılacaq Fernando Musleranın əvəzləyicisi axtarışındadır.

Sportline.az xəbər verir ki, İstanbul nəhənginin namizədlər siyahısında bir neçə məşhur qapıçının adı var.

Onlardan biri də "Liverpul"un qolkiperi Alisson Bekerdir.

Bu haqda "Haber Global" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, "Qalatasaray" rəhbərliyi artıq bu transferlə bağlı hərəkətə keçib.

İstanbullular bu işdə hazırda "Liverpul"da məşqçi kimi çalışan sabiq "Qalatasaray"lı Klaudio Taffarelin yardımçı olacağına ümid bəsləyirlər.

Qeyd edək ki, 32 yaşlı braziliyalının "mesisaydlılar"la 2027-ci ilədək müqaviləsi var.